Dünya təşkilatları Qəzza uşaqlarına humanitar yardım aparır

Dünyanın müxtəlif yerlərindən 30 nəfər maddi yardımı, o cümlədən məktəb ləvazimatlarını və uşaq oyuncaqlarını fələstinlilərə çatdırmaq üçün Qəzzaya yola düşüb.

 Missiyanın təşəbbüskarlarından olan “Sülh naminə qadınlar” təşkilatının rəhbəri Anna Berkli bildirib ki, könüllülərin aksiyasının məqsədi ehtiyac içində olan qəzzalı uşaqların ehtiyaclarına beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir, - İslam.ru xəbər verir.

Britaniyanın “Uşaqları xilas edin” adlı təşkilatın hesabatına görə uşaqlar Qəzza əhalisinin demək olar ki, yarı hissəsini təşkil edir. İsrail rejiminin yaxın vaxtlarda Qəzzada törətdiyi qətliam nəticəsində minlərlə körpə və yeniyetmə müxtəlif əziyyətlər çəkmiş, 430-dan çox uşaq qətlə yetirilmişdi. "Dəyərlər"

В этом разделе