DÜNYA SU FORUMU BAŞLADI

117 ölkədən 133 nümayəndə iştirak edir Xəzər Xəbərin məlumatına görə,enerji, texnologiya, silahlanma və s. problemlərdən sonra dünya susuzluq təhlükəsi ilə üz üzədir. Alimlər kifayət qədər tədbir alınmazsa çox da uzaq olmayan gələcəkdə insanların susuz qalacağını bildirir.

Vəziyyət siyasi liderləri də narahat edir. Dünya dövlətləri su ehtiyyatlarının tükənməsi təhlükəsini müzakirə etmək üçün İstabulda toplanır.

117 ölkədən 133 dövlət rəsmisinin iştirak edəcəyi 5-ci Dünya Su Forumunda Azərbaycanı baş nazir Artur Rasizadə təmsil edir.

Ümumilikdə isə artıq 14 ölkənin forumda dövlət və ya hökümət başçısı səviyyəsində iştirak edəcəyi dəqiqləşib.

Forum martın 22-dək davam edəcək. Bu səbəblə İstanbulda hazırlıq işləri başa çatıb. Forum zamanı təhlükəsizlik orqanlarının 8 min əməkdaşı vəziyyətə nəzarət edəcək. 

İstanbul meri Muammer Gülər forumun insanların gündəlik həyatına təsir etməməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü desə də bu ərəfədə müəyyən müddətlərdə bəzi yolların bağlanılmasının qaçınılmazdır. Buna görə o Istanbul sakinlərindən təmkinli olmalarını gözlədiklərini deyib.


В этом разделе