Dünya insan haqları müdafiəçilərindən fələstinlilərə dəstək

“Dünyanın ən uzun məktub” layihəsi Beynəlxalq insan haqları müdafiəçiləri Fələstinin qərb hissəsində “ən uzun məktub” layihəsini həyata keçirirlər. “İnternetHaber” xəbər verir.

Cənubi Afrika, Avropa və Amerikadan gəlmiş insan haqları müdafiəçiləri fələstinlilərə dəstək vermək üçün maraqlı aksiya təşkil ediblər. Onlar Rəmallahdan keçən və Fələstini iki hissəyə bölən 2625 kilometrlik divara maraqlı ismarıclar həkk edirlər.

Maraqlı ismarıclardan başqa divara məktublar da yazmaq mümkündür. Hal-hazırda isə divara 2000 sözdən ibarət bir məktub yazılıb. Məktub Xaviye universitetinin təlim-tərbiyə üzrə mütəxəssisi Fərid Esak tərəfindən qələmə alınıb. Məktubda Fərid etirazının yəhudilərə deyil, yəhudilərə rəhbərlik edən sionist rejiminə qarşı olduğunu bildirib.

Dünyanın ən uzun məktubu layihəsinin internet saytı da fəaliyyət göstərir. “sendamessage” saytına daxil olmaqla dünyanın hər bir yerindən aksiya iştirakçılarına dəstək vermək mümkündür. ("Dəyərlər" AİN)

В этом разделе