Doku Umarov terrorda mücahidlərin əli olmadığını bildirdi

Çeçen mücahidlərinin lideri Doku Umarov

Çeçen mücahidlərinin lideri Doku Umarov Moskva metrosunda baş vermiş terror aktlarına münasibət bildirib.

anspress-in məlumatına görə internet saytlarından birində Umarovun adından danışan bir kişinin audiomüraciəti yerləşdirilib. O, bəyan edib ki, Moskvadakı son terror aktlarının çeçenlərə və ümumiyyətlə, müsəlmanlara heç bir aidiyyatı yoxdur. O, «Lubyanka» və «Park kulturı» stansiyalarındakı partlayışlarda Rusiyanın xüsusi xidmət orqanlarının günahkar olduğunu bildirib.

Audiomüraciətdəki səsin həqiqətən də D. Umarova məxsus olub olmaması məlum deyil.

В этом разделе