Danimarkalı millət vəkili: “Müsəlmalar Avropadan çıxarılsın”

Bir müddət əvvəl “Fitnə” filmi ilə müsəlmanların nifrətini qazanmış Gert Vilders, müsəlmanların Avropa üçün təhlükəli olduğunu deyib
Danimarkanın radikal sağçı millət vəkili Gert Vilders hər hansı bir şəkildə adı cinayətlə hallanan bütün müsalmanların Avropadan çıxarılmasını, AB ölkələrində olan vətəndaşlıqlarının da ləğv olunmasını tələb edib. ANS PRESS, Cihan” agentliyinə istinadən xəbər verir ki, Vilders müsəlmanların gələcəkdə çox güclü olacaqlarını və onlarla mübarizə aparmağın çətin olacağını deyib. “Müsəlmanların böyük əksəriyyəti bizim demokratik həyat şərtlərimizdən daha fərqli həyat arzulayır. Onlar hazırda etnik olsalar da gələcəkdə onlar böyüyüb güclənəcəklər. Bu zaman onlarla mübarizə etmək çox çətin olacaq”.
Vilders müsəlmanıların cinayətə meylli olduğunu deyərək Kopenhagendə işlənən cinayətlərin 80 faizinin müsəlmanlar tərəfindən törədildiyini də iddia edib. Parlamentari eyni vəziyyətin Hollandiyada da olduğunu bildirb. O, Avropada adı cinayətdə hallanan müsəlmanların sayının 1 milyondan çox olduğunu, gecikmədən hərəkət etmək lazım olduğunu deyib. “Müsəlmanlar və onların sahib olduğu İslam ideologiyası nə qədər çox olsa, müstəqilliyimiz də o qədər azalacaq. Avropadakı həyat tərzinin 40 faizi artıq müsəlmanlar tərədfindən dəyişdirilib”.
www.birlik.az

В этом разделе