Danimarka ordusunda xidmət edən xanımlara hərbi vəzifəsini icra edən zaman hicabda olmaq qadağandır.
Bunu Danimarkanın Müdafiə naziri Syoren Qeyd bildirib, - İslamNyus.ru xəbər verir. Parlamentin iclası zamanı müxalifət qüvvələrinin nümayəndələrinin suallarına cavab verən Qeyd bildirib ki, hicab, onun fikrincə rəsmi hərbi geyimin bir hissəsi hesab oluna bilməz.
Belə bir qadağa Danimarka Milli Qvardiyasının xidmətçilərinə də tədbiq edilir. Belə ki, Milli Qvardiyanın bir müsəlman xidmətçisi – xanım Mariya Muli xidmətə hicabda gələrkən müdafiə naziri bunun qadağan olduğunu bəyan etmişdi.
Bütün bu hallar Danimarka ictimaiyyətində, xüsusilə siyasi və mətbuat çevrələrində mübahisəyə səbəb olub. Dəyərlər AİN