Daha bir təyyarə qəzası Braziliyada

Braziliyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

313news.net saytının BİRLİK İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata əsasən Braziliyanın cənubunda hərbi təyyarənin qəzaya uğraması nəticəsində ən azı 5 nəfər həlak olub.Hadisə Santa-Katarina ştatının Bom-Jardin-da-Serra şəhəri ətrafında baş verib. İçərisində 8 nəfər olan təyyarə naməlum səbəbdən hündürlüyü itirərək yerə düşüb.Hadisə yerinə gələn yanğınsöndürənlər 5 nəfərin cəsədini tapa biliblər. Üç nəfərin taleyi naməlum qalır.

В этом разделе