Dağıstanın daxili işlər naziri öldürülüb

Adilgəray Məhəmmədtahirov ürək nahiyəsindən aldığı güllə yaralarından xəstəxanada keçinib
Rusiya Federasiyasının Dağıstan Respublikasının daxili işlər naziri Adilgəray Məhəmmədtahirova qarşı sui-qəsd olub. Bu barədə RBC məlumat verib. İlkin məlumata görə, hadisə Axmet-Xana Sultan küçəsində yerləşən “Mərakeş” restoranının banket zalının yanında baş verib.

Sui-qəsd nəticəsində nazir ürək nahiyəsindən aldığı güllə yaralarından xəstəxanada keçinib. Sui-qəsdlə bağlı digər məlumatlar məlum deyil.

Artıq faktla bağlı cinayət məcəlləsinin hüquq mühafizə orqanı əməkdaşının həyatına qəsd maddəsi ilə cinayət işi açılıb. /ANS PRESS/

В этом разделе