Dağıstanda məscid atəşə tutuldu

Naməlum şəxslər Dağıstanın Xutsiyevka qəsəbəsində məscidə hücum ediblər

Bu barədə respublikanın Kizlyar rayon daxili işlər şöbəsindən məlumat veriblər. "Yeni Musavat"ın məlumatına görə, gecə saatlarında naməlum maskalı şəxslər maşınla məscidə yaxınlaşaraq ona avtomatlardan atəş açıblar.

«Heç kəs yaralanmayıb, lakin binaya zərər dəyib», deyə mənbə bildirib.
Mənbə həmçinin rayonun Yasnaya polyana qəsəbəsində də naməlum şəxslərin yerli fermeri güllələdiklərini bildirib.

В этом разделе