Dağıstanda əməliyyat nəticəsində 20-yə yaxın silahlı öldürülüb

Öldürülənlər arasında ən azı 3 xarici muzlu döyüşçü də var Dağıstanın Qarabudağkənd rayonunda federal qüvvələrin silahlı dəstənin zərələşdirilməsi istiqamətində aparılan əməliyyat başa çatıb. Əməliyyat nəticəsində qruplaşmanın rəhbəri Zakaryev və 20-yə yaxın silahlı öldürülib və küllü miqdarda döyüş sürsatı aşkarlanıb. Dağıstan daxili işlər nazirliyindən verilən məlumata görə, öldürülənlər arasında terorculuqda və mühafizə orqanları əməkdaşlarına suiqəst hazırlamaqda şübhəli bilinən və axtarışda olan silahlı Aslan Aldayev də var. Bundan əlavə, Dağıstanın daxili işlər naziri Aldigerey Məqometovun bildirib ki, öldürülənlər arasında ən azı 3 xarici muzlu döyüşçü də var. 
Amma Dağıstan federal təhlükəsizlik xidməti bu məlumatı təsdiqləməyib. Xidmətdən bildirilib ki, silahlıların üzərində sənəd olmadığından Zakaryevdən başqa digər zərərsizləşdirilən silahlıların şəxsiyyəti hələlik məlum deyil. Buna görə silahlılar arasında muzdlu döyüşçülərin olub-olmadığını da demək hələ tezdir.
Bu gecə başa catan əməliyyatlarda Dağıstan ərazisində fəaliyyət göstərən üç silahlı qruplaşmadan biri zərərləşdirilib. Daxili işlər nazirliyinin əməkdaşları dağlarda gizlənən digər iki qruplaşmanın izinə düşüblər. Verilən məlumata görə, əməliyyatlar onların tam zərərləşdiriləcəyinə qədər davam edəcək. Xatırladaq ki, Dağıstanda silahlı qruplaşmanın zərərləşdirilməsi istiqamətində aparılan əməliyyatlar martın 17-də başlanıb və bu gecə başa catıb. /ANS TV/


В этом разделе