Dağıstanda antiterror əməliyyatı

Kızılyurt rayonunda antiterror əməliyyatı rejimi elan olunub.

APA-nın məlumatına görə, səhər saatlarında rayonun Zubutli-Miatli kəndindəki evlərdən birində mücahid qrupunun gizləndiyi xəbərini alan federal qüvvələr bölgədə antiterror əməliyyatına başlayıblar. Artıq tərəflər arasında atışma başlayıb. Evdə gizlənən mücahidlərin sayı məlum deyil. Federal Təhlükəsizlik Xidməti yerli sakinlərin evakuasiyasına əməliyyatın gedişindən asılı olaraq qərar verəcək.

В этом разделе