“Coca-Cola”nın işçiləri tətilə başlaya bilər

Şirkət işçiləri maaşlarının artırılması tələbi ilə tətil etməyi planlaşdırır

Məşhur “Coca-Cola” şirkətinin Londonda yerləşən zavodlarından birinin əməkdaşları tətil etmək niyyətindədir. Bu barədə məlumatı Böyük Britaniyanın “İndependent” qəzeti yazıb.

Qəzet yazır ki, Həmkarlar İttifaqı ilə şirkət rəhbərliyinin işçilərin əmək haqqlarının həcmini artırmaq barədə razılığa gələ bilməməsi zavod əməkdaşlarının böyük etirazına səbəb olub. Məhz bundan sonra zavodun əməkdaşları müvafiq qərara etiraz olaraq tətil etmək niyyətinə düşüblər.

Nümayişin növbəti həftənin çərşənbə günü, sentyabrın 15-də keçiriləcəyi gözlənilir. (ANS)

В этом разделе