CNN telekanalının Suriyadan yayımladığı xəbərlərin saxta olduğu üzə çıxıb

313news.net saytının «Habertürk»ə istinadən verdiyi məlumata görə, CNN-in davamlı olaraq Suriyadan xəbər aldığı Danny Dayemin uydurma xəbərlər verdiyi video görüntülərlə sübuta yetirilib.

Suriya dövlət televiziyasının yaydığı videoda D. Dayemin CNN telekanalı ilə canlı əlaqə yaratmazdan əvvəl ətrafındakılara silahlardan atəş açmağı xahiş etdiyi nümayiş olunur. Çox rahat və sakit mühitdə olduğu müşahidə edilən Dayem canlı efir əsnasında son iki saatda yüzlərlə adamın öldüyünü iddia edib.

Ortaya çıxmış hadisələrlə əlaqədar CNN telekanalının aparıcılarından Anderson Cooperin proqramına çıxan D. Dayemə video görüntülər barədə sual verilib. Proqramın aparıcısı Dayemə “CNN müxbiri olmadığını və telekanaldan bir qəpik də pul almadığını” söyləməyə məcbur edib. Aparıcı Ardınca da Suriya dövləti icazə vermədiyi üçün özlərinin normal yollarla Suriyaya girə bilmədiklərini, buna görə də D. Dayem kimi şəxslərin verdikləri görüntülərə möhtac olduqlarını deyib.

Dayem özünün əslində Suriyaya Azad Suriya Ordusuna qatılmaq üçün getdiyini, ancaq ona CNN telekanalına xəbər ötürməyin həvalə olunduğunu ifadə edib. CNN və digər ABŞ kanalları tərəfindən «Suriyadakı azadlıq mübarizəsinin gənc nümayəndəsi» kimi tanıdılan Dayem bütün imkanlardan istifadə edərək, Suriyaya beynəlxalq hərbi müdaxilənin zəruriliyinə dair çağırışlar səsləndirib.

Ən maraqlı hissə isə CNN-də iştirak etdiyi proqramda Dayemin effekt yaratmaq üçün atəş açılmasına göstəriş verdiyi hissənin «silinməsi lazımdır» deməsi olub. CNN əməkdaşı videoda işlətdiyi ifadələrin normal olduğunu deyib.

Bir başqa ziddiyyət isə Dayemin CNN xəbərində canlı bağlantı zamanı dayandığı nöqtədən 400 metr uzaqlıqda vətəndaşların cəsədlərini gördüyünü söyləməsi, ancaq Cooperin proqramında həmin vaxt dayandığı ərazidə qarşıdurma filan olmadığını, hadisələrin 15 kilometr uzaqlıqda yaşandığını söyləməsi olub.

В этом разделе