Çində tanınmış uyğur professor yoxa çıxıb

Çinin paytaxtı Pekində yaşayan tanınmış iqtisadiyat professoru, əslən uyğur olan İlham Tohti yoxa çıxıb.
Onun Çin polisi tərəfindən polisə dəvət edildiyi, bundan sonra barəsində heç bir xəbər alınmadığı bildirilir. Tohtinin ən son olaraq iyulun 7-də «Radio Free Asia» ilə əlaqə saxladığı və «polis iki gündür evimi güdür, həyatım təhlükədədir» dediyi qeyd edilir. 
Qedy edək ki, İ.Tohti 156 nəfərin öldüyü Sincan hadisələri ilə bağlı önəmli bilgilər əldə etdiyini, lakin onları açıqlamayacağını bildirmişdi. 
Uyğur əsilli professorun Dünya Uyğur Konqresinin rəhbəri Rabia Kaderlə yaxın olduğu da gizli dyil. O daha öncə də dəfələrlə tutularaq, sonradan azad edilib.

Xatırladaq ki, Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar bölgəsində yaşayan yerli uyğurlarla xanlar arasında baş verən qarşıdurmalar nəticəsində 156 nəfərin öldüyü xəbər verilir.

Qeyd: 56 fərqli etnik qrupun yaşadığı Çin Xalq Respublikasının əsas əhalisi xanlardır və sayları 1,1 milyarddan çoxdur. Azərbaycan türkcəsinə ən yaxın şivədə danışan, özlərini türk adlandıran uyğurların və ya şərqi türküstanlıların Çində rəsmi sayı 10 milyondur. Qeyri-rəsmi məlumatlara görə isə onların sayı 80 milyonu keçir. Rəqəmlər arasında olan bu fərq Çin hökumətinin tətbiq etdiyi ailə planlaşması siyasətindən qaynaqlanır. Bu siyasətə görə xan ailələri 1 uşağa, uyğur ailələri isə 2 uşağa malik ola bilər.

Müsəlman olan uyğurlar bu qadağalara tabe olmurlar və ailələrdə uşaq sayı adətən 5-i keçir. Buna görə də uyğurların çoxu Çinin rəsmi təhsil sistemindən kənarda qalaraq, Kaşqar və Urumçi kimi iri şəhərlərdə belə mollaxana təhsili ilə kifayətlənirlər və rəsmi qeydiyyata düşmürlər.

Bu fərq Sincan rayonunun mərkəzi şəhəri olan Urumçinin əhali sayında da özünü göstərir. Rəsmi məlumatlara görə, Urumçinin 2,2 milyon əhalisi var və onların yalnız 14 faizi uyğurlardır. Qeyri-rəsmi məlumatlara görə isə Urumçidə 10 milyon əhali yaşayır və onların 5,5 milyon uyğur, 4,5 milyonu isə çinlidir. Şəhərdə yaşayan çinlilərin əksəriyyətinin uyğurca bilməsi qeyri-rəsmi məlumatların daha doğru olduğunu göstərir.

1960-cı illərdə Urumçi 300 min əhalisi olan və yalnız uyğurların yaşadığı bir şəhər idi. Şəhərdə çinlilərin bu qədər artması Çin hökumətinin apardığı köçürmə və assimlyasiya siyasətinin nəticəsidir.

Hazırda dünyada 20 milyona yaxın uyğur mühaciri var və onlar Uyğurustanın azadlığı uğrunda mübarizə aparırlar. Əslən Kaşqardan olan Yusif bəy Muxlesi uzun müddət Uyğurustan Xalq Cəbhəsinin lideri olub. Onun ölümündən sonra bu vəzifəyə Rabiyə Qadir seçilib. /ANS PRESS/


В этом разделе