Çeçenistanda döyüş yenidən başladı

Keçən həftə 1999-cu ildən bu yana Çeçenistana istiqamətli əməliyyatlarını dayandıran və bölgədə olan 20 min əsgəri çəkməyə başlayan Rusiya, avtonom Respublika Çeçenistanda qismən olaraq yenidən əməliyyata başladı. 




CIHAN xəbər verir: Keçən həftə 1999-cu ildən bu yana Çeçenistana istiqamətli əməliyyatlarını dayandıran və bölgədə olan 20 min əsgəri çəkməyə başlayan Rusiya, avtonom Respublika Çeçenistanda qismən olaraq yenidən əməliyyata başladı. Rusiya Daxili İşlər Nazirliyindən edilən şərhdə Çeçenistanın Şatoy, Vedeno və Şali bölgələrində qanuni olmayan silahlı qrupların müşahidə edildiyi və bunlara istiqamətli bir əməliyyatın başladıldığı söylədi.

Ria Novosti xəbər agentliyinin verdiyi məlumata görə, İnquşetya sərhədində Çeçen qəsəbəsi Bamutdan gəldiyi təsbit edilən silahlı bir qrupun hücumuna uğrayan üç Rus əsgərinin həyatını itirdiyi ifadə edildi. Rəsmi olaraq bölgədə olan əsgəri birliklərin çəkilməsi davam edərkən, bir neçə min əsgərin də olabiləcək hücumlara qarşı bölgədə qalmağa davam edəcəyi qeyd edildi.

Bölgədə reallaşdırılan əməliyyatlarda üç müqavimətçi tutularkən, on sığınacaq və altı ədəd silah ələ keçirildi. Çeçenistan Respublika başçısı Ramazan Kadirov dövründə ölkədə vəziyyət sabitliyə qovuşmuş və hücumlar da qismən azalmışdı. Kadirov etdiyi şərhdə də bölgədə vəziyyətin nəzarət altında olduğunu ifadə etmişdi. Ancaq bölgədə olan xadimlərin Rus ordusunun çəkilməsinin ardından yenidən yığışmağa başladıqları və paytaxt Qroznıya istiqamətli əməliyyat planladıqları iddia edilir.

313news.net


В этом разделе