Çeçenistan parlamentində xüsusi əməliyyat başa çatdı.

Binaya daxil olan silahlılar zərərsizləşdirilib

 

Qroznıda aparılan xüsusi əməliyyat başa çatıb. Bu gün səhər saatlarında parlament binasına daxil olaraq bir neçə girov götürən və təqribən 4 nəfərin ölümünə səbəb olan silahlılar artıq zərərsizləşdirlib. Onlardan biri öldürülüb, digər ikisi isə özünü partladıb. Əməliyyat nəticəsində 4 milis işçisi yaralanıb. ANS PRESS-in “İtar-tass”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi məlumat yayıb.


Rusiya Federasiyasının (RF) daxili işlər naziri Rəşid Nurqaliyev bu gün Çeçenistan parlamentində baş verən silahlı insidentlə əlaqədar olaraq respublika prezidenti Ramzan Kadırovla təcili müşavirə keçirib. İclasda Çeçenistan DİN-in rəhbərliyi də iştirak edib.

В этом разделе