Bu gün dünyada üç təyyarə qəzası nəticəsində 19 nəfər ölüb

Dünya bu günü üç təyyarə qəzası ilə başlayıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Montana ştatında aeroporta enməyə çalışan təyyarənin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb. 

ABD Federal Aviasiya İdarəsindən verilən açıqlamaya görə, Kaliforniya ştatından Montanaya gələn təyyarə yerə 150 metr qalmış qəzaya uğrayıb. 
Yaponiyanın paytaxtı Tokioda isə karqo təyyarəsi qəzaya uğrayıb. BTokionun Narita Hava Limanına enərkən qəzaya uğrayan təyyarə ekibində olan iki nəfər ölüb. 

İstanbulun Atatürk Hava Limanında isə Rusiya Hava Yollarına məxsus təyyarə uçuş zolağından çıxaraq, torpaq hissəyə düşüb. Hazırda təyyarənin çıxarılması ilə bağlı iş aparılır.


В этом разделе