Britaniyada "maskalılar" müsəlmanlara qarşı

"Dünya Bülteni" xəbər saytının verdiyi məlumata görə İngiltərənin radikal sağcı partiyası Milli İngiltərə Partiyasının üzvü olduğu bildirilən yüzlərlə maskalı insandan ibarət bir qrup "Müzəlmanlar əleyhinə" aksiya keçiriblər.

Hadisə Britaniyanın Luton qəsəbəsində baş verib. Şahidlərin dediyinə görə maskalılar 500 nəfərdən ibarət olublar.

Polisin də müdaxiləsinə baxmayaraq aksiya səngiməyib. Maskalı qrup polisə də müqavimət göstərib.

Əksəriyyəti gənclərdən ibarət olan bu qrup "Britaniyada İslam qaydalarına yox" şüarları səsləndiriblər.

Xeyli sayda polis işçisinin müdaxiləsindən sonra aksiya yatırılıb. 9 nəfər nəzarət altına alınıb. "Dəyərlər"

В этом разделе