Boliviya İranın müdafiə nazirini ölkədən çıxartdı

Boliviya ilə İran arasında soyuq küləklər əsir


İslam-Azeri.az İnternet Qəzetinin "Anadolu Ajans"-a istinadən verdiyi xəbərə görə, Boliviya , Argentinanın 1994-cü ildə Buenos Airesdə bir Yəhudi mərkəzinə təşkil edilən hücumu planlaşdırmaqda ittiham olunan İran Müdafiə Naziri Əhməd Vahididən ölkəni dərhal tərk etməsini istəyib.

Boliviya Xarici İşlər Naziri Argentina səfirliyinı bir məktub göndərərək, Boliviya Müdafiə nazirliyinin dəvəti ilə ölkədə olan Vahididən ölkədən ayrılmasını istədiklərini qeyd edib.

Boliviya Xarici İşlər Nazirliyinin dəvətdən ötəri Argentina hökumətindən üzr istəyərək, Vahidinin uzun müddət ölkədə qalmayacağını bildirdiyi də məktubda qeyd olunub.

Buenos Airesteki Yəhudi mərkəzinə 1994-cü ildə təşkil edilən terror aktında 85 nəfər həyatını itirmişdi. Argentina hökuməti bu terrorda Əhməd Vahidinin əli olduğunu iddia edir.

В этом разделе