BMT Təhlükəsizlik Şurasının bu gün KXDR-ə qarşı qətnamə qəbul edəcəyi gözlənilir

7 ölkənin iştirakı ilə razılaşdırılmış sənəddə Şimali Koreyaya qarşı bir sıra sanksiyaların tətbiqi nəzərdə tutulur
BMT Təhlükəsizlik Şurasının bu cün Şimali Koreyanın nüvə sınaqları ilə bağlı qətnamə qəbul edəcəyi gözlənilir. “Azadlıq” radiosunun rus redaksiyası xəbər verir ki, məlumatı diplomatik mənbələr təsdiqləyib.

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü, eləcə də Cənubi Koreya və Yaponiyanın razılaşdırdığı qətnamə layihəsi Koreya Xalq Demokratik Respubliksına qarşı bir sıra sanksiyaların tətbiqini nəzərdə tutur. Mümkün sanksiyalar arasında Pxenyanla maliyyə sövdələşmələrinə embarqo qoyulması və Şimali Koreyaya gedən şübhəli yüklərə baxış keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, qətnamə layihəsində KXDR-na qarşı sanksiyaların gücləndirilməsi, o cümlədən, ölkədən bütün növ silahların ixracına, ölkə tərəfindən yüngül atıcı silahlar istisna olmaqla digər növ silahların idxalına qadağa qoyulması nəzərdə tutulur. Ekspertlərin fikrincə, silah ixracına qadağa qoyulması Pxenyanı gəlirlərin əhəmiyyətli hissəsindən məhrum edə bilər. Layihədə Şimali Koreya hakimiyyəti nüvə və raket sınaqlarını dayandırmağa çağırılır. /ANS PRESS/

В этом разделе