BMT, Suriya mövzusunda razılaşa bilmədi

Suriyadakı qanlı əməliyyatları gündəminə salan BMt Təhlükəsizlik Şuras, Dövlət Başçısı Bəşər Əsəd rejiminin tətbiq etdiyi qanlı təzyiqə göstəriləcək reaksiya mövzusunda bir razılaşmaya gələ bilmədi.

313news.net saytının Türk mətbuatına istinadən verdiyi məlumata görə diplomatlar, dünənki görüşmələrdə irəliləyiş əldə olunduğunu, ancaq Şuranın 15 üzvü arasında fikir ayrılıqlarının sürdüyünü ifadə etdilər. Diplomatların ölkələri ilə məsləhətləşmələri və Suriya ilə əlaqədar müzakirələrə bu gün yenidən başlamaları gözlənilir.

Bəşər Əsəd rejimi tərəfindən tətbiq olunan qanlı təzyiqə qarşı reaksiyasını ifadə şəkli mövzusunda razılaşmağa gələ bilməyən Şura, bu mövzudakı görüşünə bağlı ortaq bir rəftar təyin etməkdə böyük çətinliklə qarşılaşdı.

Avropalı böyük ölkələr, Şura üzvlərinə Suriya mövzusunda yeni bir qərar mətnini təqdim etdi . Diplomatların yeni bir şey olmadığını ifadə etdikləri mətnə Rusiya tərəfindən, "balanslı tələblər"-i olmadığı reaksiyası gəldi.

Rusiyanın BMT Səfiri Vitali Çurkin, mətnin, "pis və tragik bir vətəndaş müharibəsinin eşiyindəki Suriyanı bu vəziyyətdən qurtarmağa istiqamətli səylərə zərər verdiyini" müdafiə etdi.

BMT Təhlükəsizlik Şurasında, əvvəlki gün də Suriyadakı vəziyyət qiymətləndirilmiş, Şuranın son anda gündəmə alınan təcili məsləhətləşmə yığıncağında, Avropalı və Amerikalıların Suriya rəhbərliyini qınayan bir qərar çıxarmaq istədikləri, ancaq konkret bir nəticənin əldə edilmədiyi ifadə edilmişdi.

Təhlükəsizlik Şurasının daimi üzvləri Çin və Rusiya, Suriya ilə əlaqədar hər hansı bir qərar qanununa qarşı çıxacaqlarını bildirmişlər. Bu iki ölkəyə Braziliya, Hindistan və Cənub Afrika dəstək verir.

В этом разделе