Birtaniyada məhbuslara qibləni təyin etmək üçün kompaslar paylanılacaq

Britaniya polisindən bildirilib ki, müsəlmanlar çox zaman onları həbs edən polislərə inanmır və buna görə də onlara namaz qılarkən qiblənin yerini müstəqil şəkildə müəyyən etmək üçün kompaslar paylanılacaq, - “Nyusru.com” xəbər verir.
Buna qədər polis kameralarda qiblənin yerinə işarə etmək üçün tavanda Kəbə evinə istiqamətlənmiş ox şəkli çəkilirdi. Hazırda Norfolk qraflığının polis idarələrindən birində yeni üsuldan istifadə edilib. Əgər bu uğurlu olsa, həmin təcrübə Britaniyanın bütün polis bölmələrində tətbiq ediləcək. Norfolk qraflığının polis bölməsindən bildirilib ki, məhbuslar hər zaman kameralarda olmadığından kameraların tavanındakı ox işarələri bir o qədər uğurlu deyil və buna görə də məhbuslara kompaslar paylanılmalıdır.

В этом разделе