"Bi-Bi-Si radiosu" Azərbaycan Dövlət Himnini təhqir edir?

YouTube-də Azərbaycanın təhqiri davam edir

Bir neçə gün öncə dünyanın ən çox izlənən Video Paylaşma saytı olan YouTube.com saytında Azərbaycanın milli atributlarını təhqir edən video çarx yayılmışdı. Həmin video çarxda belə deyilirdi “Biz siçan kimi heyvanlardan törəmişik. Biz başqa ölkələrin torpaqlarını talamaqla fəxr edirik. O cümlədən də bizdən böyük olan mədəniyyətləri oğurlayır və özümüzünkü kimi təqdim edirik. Yaxşı olardı ki, siz bizi ziyarət edib çoxlu pul xərcləyəsiniz. Bizim çoxlu silah almaq üçün pula ehtiyacımız var. Biz ümid edirik ki, bizim bayrağımız sizin gözlərinizi zədələmir. Bu rəngli bayraq qeylərin bayrağına oxşayır. Türkiyə bizim qardaşımızdır. Hər ikimiz əraziləri işğal edirik. Döyüş meydanında hər ikimiz qorxağıq. Yalnız daşlar atırıq”. Azərbaycan Xarici işlər nazirliyi rəsmi olaraq YouTube.com saytına etirazından və həmçinin istifadəçilərin etirazından sonra həmin video çarx YouTube.com saytından silinib.

Bu gün YouTube saytında apardığım araşdırma nəticəsində qarşıma yeni bir video çarx çıxıb. Bu video çarxda da əvvəlki videoda olduğu kimi Azərbaycanın Dövlət Himni təhqir edilir. Maraqlısı da ondadır ki, bu videonu hazırlaryan özünü Bİ-Bİ-Sİ radiosundan olduğunu bildirir.

http://www.youtube.com/watch?v=vNBKyGOSejs
"Dəyərlər"

В этом разделе