ABŞ dövlət katibi Hillari Klinton Rusiyaya xəbərdarlıq edib
APA-nın  Moskva müxbirinin verdiyi məlumata görə, H. Klinton bu gün keçirdiyi  brifinqdə bildirib ki, Bəşər Əsədi dəstəkləmək Rusiya üçün yaxşı  nəticələnməyəcək: “Biz hesab edirik ki, Suriyadakı hadisələr vətəndaş  müharibəsinə aparır. İndi o zamandır ki, bütün beynəlxalq ictimaiyyət,  Rusiya da daxil olmaqla BMT-nin TŞ-nin bütün üzvləri Bəşər Əsədə  müraciət etməli və ondan dinc əhaliyə qarşı güc tətbiq etməyi  dayandırmağı və Annan palanının yerinə yetirməyi tələb etməlidirlər.  Hesab edirik ki, bu bütün tərəflərin, hər şeydən öncə Suriya xalqının  marağını təmin edir. Rusiya tərəfi sülhün və stabilliyi bərpa etmək  istədiyini bildirir və regionda maraqlarının qorunub saxlanmasını  istəyir. Rusiya bununla hər şeyi riskə atır”. 
ABŞ dövlət katibi Rusiyanın Suriyaya silah göndərməyi dayandırmağa çağırıb.














