Berlində Almaniyanın ən böyük məscidlərindən biri açıldı

Almaniyanın paytaxtı Berlinin Kroytsberq əyalətində ölkənin ən böyük və əzəmətli məscidlərindən biri inşa edilərək təntənəli rəsmi açılışla müsəlmanların ixtiyarına verilib. Məhz bu əyalətdə böyük müsəlman icması yerləşir, - “İslamNyus” xəbər verir.

Tikintisi 10 milyon avroya başa gələn, özündə minə qədər inanclını yerləşdirə bilən əzəmətli məscid, inşa edilmiş İslam kompleksinin tərkib hissəsidir. Məscidin inşası imkanlı müsəlmanların maliyyə dəstəyi ilə aparılıb.
Şüşə gümbəz və dörd minarə ilə əhatələnmiş məscid, 5 min kv metr ərazini əhatə edən, altı mərtəbəli İslam kompleksinin əhatəsində yerləşir. İslam kompleksinin tərkibinə sosial və kommersiya mərkəzləri, konfrans zalı, kitabxana da daxildir.
/Deyerler.org/

В этом разделе