Bəhreyndə də “donuz qripi” tapıldı

Dünyanın 46 ölkəsinə yayılmış H1N1 virusuna 12515 nəfər yoluxub və 91 adam ölüb
Bəhreyndə “donuz qripi” kimi tanınan “A” qripinə ilk yoluxma halı qeydə alınıb. ANS PRESS xəbər verir ki, məlumatı “Reuters” agentliyi “Əl-Ərəbiyyə” telekanalı və ölkənin Səhiyyə Nazirliyinə istinadən yayıb. Telekanalın məlumatına görə, xəstəliyə yoluxmuş kişi bir müddət əvvəl Nyu-Yorkdan qayıdıbmış. Onun vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı bazar ertəsi məlumat yayıb ki, dünyanın 46 ölkəsində 12515 nəfər H1N1 virusuna yoluxub və onlardan 91-i ölüb. /ANS PRESS/

В этом разделе