Barak Obama üzr istəyib.

Barak Obama

ABŞ hökuməti 1940-cı ildə Qvatemala dövlətindən məhbuslar və ruhi xəstələr üzərində sifilisin müalicəsi üçün penisillinin sınaqlarına görə üzr istəyib. Sənədlərə görə, 1940-cı illərdə amerikalı elm adamları penisillinin sifilisi müalicə edib-etmədiyini müşahidə etmək üçün Qvatemalada 696 ruhi xəstə və məhkumu onların icazələri olmadan sifilisə yoluxdurublar.

Həbsxanadakı məhkumlar arasında xəstəliyin daha geniş yayıla bilməsi üçün hətta xəstəxanaya gedən fahişələrə də həmin xəstəliklərin mikrobu yeridilib. Bu “təcrübədən” sonra neçə insanın penisillinin bu xəstəlikləri müalicə etməsinə reaksiya verib-vermədiyi məlum deyil. Yalnız müalicə tətbiq olunanlardan ikisində yaxşılaşma olub.

Bu səhiyyə qalmaqalının ortaya çıxmasının ardından ABŞ prezidenti Barak Obama Qvatemala dövlət başçısı Alvaro Coloma olaylardan dolayı dərin bir peşmanlıq hissi keçirdiyini deyib və üzr istəyib. Qvatemala prezidenti isə hadisəni “bir insanlıq cinayəti” adlandırıb.

В этом разделе