Barak Obama Qəzzafini sonuncu dəfə xəbərdar etdi

O, şərtlərinin yerinə yetirilməyəcəyi təqdirdə hərbi müdaxilə tərəfdarlarına qoşulacağını deyib

Böyük Britaniya və Fransa Liviya üzərindən uçuşu qadağan etmək üçün Böyük Britaniya hərbi təyyarələrini Aralıq Dənizinə göndəriblər və Parisdə BMT və ərəb tərəfdaşlarının böhran sammitinin keçirilməsini elan ediblər. Fransa mümkün hərbi fəaliyyət üçün hazır olduğunu bəyan edib.

Artıq Amerika Birləşmiş Ştatları da Liviya liderinə xəbərdarlıq edib. "ANS PRESS"in "Assaşatid press"ə istinadlı xəbərinə görə Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Müəmmər Qəddafidən mülki şəxslərə qarşı bütün hərbi hücumları dayandırmağı, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə riayət etməyəcəyi təqdirdə Birləşmiş Ştatların da hərbi müdaxilə tərəfdarlarına qoşulacağını deyib.

"Müəmmər Qəddafiyə təziqləri dayandırmaq üçün olduqca çox xəbərdarlıq edilib, əks təqdirdə onun məsuliyyət daşıyacağı deyilib. Ərəb liqası və Avropa Birliyi zorakılığı dayandırmaq üçün bizə qoşulub. O öz xalqının və beynəlxalq ictimaiyyətinin iradəsini inkar edir. Öz xalqına qarşı hərbi əməliyyatlar aparır. Burada onun məqsədləri ilə bağlı heç bir şübhə yoxdur. Çünki o bunu açıq aydın göstərib. Onilliklər ərzində öz zorakılığını Amerika xalqına və digər xalqlara qarşı terrorçuluğu maliyyələşdirməklə və sərhədləri daxilində törətdiyi qətllərlə iradəsini nümayiş etdirib. Dünən o, Benqazi şəhərində danışarkən yenidən hədə qorxu gəlib. Mən ondan sitat gətirirəm: "Biz heç kimə rəhm etməycəyik və bağışlamayacğıq." Öz xalqını bağışlamayacaq. Bax buna görə bu məsələ bizə də aiddir. Qəddafinin öz xalqına qarşı avtoritar hərəkət edəcəyinə inanmağımıza bütün əsaslarımız var. Minlərlə insan ölə bilər. Humanitar böhran baş verə bilər. Bütün bölgə qeyri- stabil ola və bizim bir çox müttəfiqlərimizi və tərəfdaşlarımızı təhlükədə qoya bilər", deyə ABŞ prezidenti bəyan edib.

Bununla belə, Barak Obama Amerika Birləşmiş Ştatlarının Liviyaya quru qoşunları çıxarmayacağını deyib: "Mən həm bizim nə etməyəcəyimizi açıq aydın demək istəyirəm. Biz dəqiq məqsədlərdən irəli gedəcək məqsədlər üçün qoşunlardan istifadə etməyəcəyik. Xüsusilə, Liviya vətəndaşlarının qorunması ilə bağlı olaraq. Bu həftələrdə biz Liviya xalqına humanitar yardım və iqtisadi köməklik etməyə davam edəcəyik. Belə ki, bu onların məqsədlərini tam həyata keçirməyə kömək edəcək. Amerika Birləşmiş Ştatları bu nəticənin əldə olunmasını istəmirdi. Bizim qərarımız Qəddafinin öz xalqının hüquqlarını rədd etməsindən və günahsız insanların kütləvi qırılma ehtimalından doğub. Bu bizim tək yerinə yetirə biləcəyimiz fəaliyyət deyil. Həqiqətən də bizim britaniyalı və fransalı müttəfiqlərimiz və Ərəb Liqasının digər üzvləri bu qətnamənin həyata keçirilməsində öncüllüyü ələ alıblar".

Barak Obama Müəmmər Qəddafinin yenə də seçimi olduğunu deyib. Bundan başqa o sadaladığı şərtlərin müzakirə və danışıqlar mövzusu olmadığını deyib. Beynəlxalq ictimaiyyətin qətnaməsinin yerinə yetirilməyəcəyi təqdirdə isə qətanmə hərbi fəaliyytələ güclə yerinə yetiriləcək. Barak Obama məqsədlərinin qəti və müttəfiqliklərinin də güclü olduğunu deyib.

В этом разделе