Ban Ki Mun: “İslamofobiya irqçiliyin bir formasıdır”

“İslamofobiya irqçiliyin bir formasıdır”, - deyə bu günlərdə İsveçrərin paytaxtı Cenevrənin "Millətlər" sarayında BMT-nin irqçiliyə həsr edilmiş konfransının açılışında çıxış edən Təşkilatın baş katibi Ban Ki Mun bildirib.



 O eyni zamanda bildirib ki, hazırda anti-İslam əhval-ruhiyyəsi irqçiliyin ən çox yayılmış bir təzahürüdür, - İslam.ru xəbər verir.

Bu günlərdə Cenevrədə açılan irqçiliyə həsr edilmiş konfransa 7 Avropa ölkəsi ilə yanaşı ABŞ da qatılmayıb. ABŞ Dövlət Departamentindən bildirilib ki, bu qərar rəsmi Vaşinqtonun konfransın qətnaməsi ilə tanış olmasından sonra qəbul edilib. Birləşmiş Ştatlar qətnamənin mətnini İsrail rejiminə qarşı olduğunu hesab edir.

Qeyd edək ki, irqçilik problemlərinə həsr edilmiş ilk Ümumdünya konfrans 2001-ci ildə Cənubi Afrikanın Durban şəhərində baş tutmuşdu. ("Dəyərlər" AİN)


В этом разделе