Azərbaycan vətəndaşında “donuz qripi” aşkarlanıb?

Naxçıvan Muxtar Respublikasının sakini Türkiyə ilə sərhəddə saxlanılaraq xəstəxanaya aparılıb.

 CHA-nın verdiyi məlumata görə, Azərbaycan vətəndaşı Füzuli Kərimov Dilucu sərhəd-keçid məntəqəsindən İğdıra keçmək istəyərkən N1H1 (“donuz qripi”) virusuna yoluxma şübhəsi ilə saxlanılıb.

Lakin İğdır dövlət xəstəxanasında müayinə olunan F. Kərimovda “donuz qripi” aşkarlanmayıb, onun adi qrip xəstəsi olduğu məlum olub.Xəstəxanaya “donuz qripi”nə yoluxmuş şəxsin gətirildiyi barədə məlumatın yayılması ilə xəstəxanadakılar arasında təşviş yaransa da, müayinənin nəticəsi açıqlanandan sonra hamı rahat nəfəs alıb.

F. Kərimov özü isə bildirib ki, İstanbula getmək məqsədilə Naxçıvandan İğdıra gəlib: “İstanbula getməliydim, ancaq polislər gömrükdə məni saxlayaraq xəstəxanaya gətirdilər. İki gündür, bir qədər narahatlığım vardı, qrip olduğumu söylədilər. Sağalandan sonra İstanbula gedəcəyəm”. Hadisə ilə bağlı yazılı açıqlama yayan İğdır valisi Saim Saffet Karahisarlı “donuz qripi” şübhəsi ilə nəzarətə götürülmüş şəxsdə bu virusun aşkarlanmadığını, onun adi qrip xəstəsi olduğunu bildirib.
apa.az

В этом разделе