Görüş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yubiley sammiti çərçivəsində baş tutacaq
Azərbaycan prezidenti Ilham Əliyevin İstanbulda Qara Dəniz İqtisadi  Əməkdaşlıq Təşkilatının yubiley sammiti çərçivəsində Gürcüstan dövlət  başçısı Mixail Saakaşvili ilə ikitərəfli görüşü keçiriləcək. ANS  PRESS-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Mixail  Saakaşvili həmçinin Türkiyə prezidenti Abdullah Gül, eləcə də Moldova  prezideni Nikolay Timofti ilə də görüşəcək. 
 
 Qeyd edək ki, sabah İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq  Təşkilatının yubiley sammitinə Azərbaycan, Gürcüstan, Rumıniya, Moldova  və Serbiya prezidentləri də qatılacaq.














