Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub

Ötən gecə ermənilərin atəşkəsi pozması nəticəsində bir əsgər isə yaralanıb

Ermənistan silahlı qüvvələri ötən gecə Cəbrayıl rayonu Çocuqmərcanlı kəndi istiqamətində atəşkəsi pozub. Nəticədə Azərbaycan Ordusunun əsgəri, 1990-cı il təvəllüdlü Rza Mehdiyev şəhid olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, şəhid olan əsgər Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılıbmış. Tovuz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan əsgər 1989-cu il təvəllüdlü Elmar Sadiqov yaralanıb.

Şahin Rzayev /ANS PRESS/

В этом разделе