Ayətullah Məkarim Şirazinin dəftərxanası suallara sms vasitəsilə də cavab verəcək

Ayətullah Məkarim Şirazi

Böyük alimin müqəllidləri suallarına daha asan yolla cavab alacaqlar

Bir müddət əvvəl Ayətullah Məkarimin ofisi sms vasitəsilə fiqhi suallara cavab vermə xidmətini təqdim etmişdi. Dünyanın hər yerində yaşayan və fars, ərəb, urdu, ingilis dillərində danışan müsəlmanlar mobil telefonlarından göndərdikləri smslər vasitəsilə fiqhi suallarına cavablar alırdılar. "313news" alimin dəftərxanasına istinadən xəbər verir ki, artıq bu xidmət Azərbaycan və rus dillərində danışan müsəlmanların üzünə də açıldı. Bunün üçün fiqhi suallarınızı +989373006220  göndərmək kifayətdir.

В этом разделе