Arktikada ilk məscid

Arktikada ilk məscid

Kanada müsəlmanları Arktikada ilk minarənin quraşdırılmasını başa çatdırıblar. Onun hündürlüyü 10 metrdir.

İslam-Azeri.az İnternet qəzetinin AFP-yə istinadən verdiyi xəbərə görə, minarə Arktikada sentyabrda inşası başa çatdırılan İnuvik şəhərinin məscidi üzərinə yerləşdiriləcək. Bu məscid də Arktikada ilk Allah evidir.

Qeyd edək ki, həm məscid, həm də minarə İnuvikdən 4 min kilometr kənarda inşa ediliblər. Sonra isə onları hissə-hissə Arktikaya çatdırıblar.

Məsciddə hələlik tamamlama işləri aparılır. Təqribən bir həftə sonra məscid müsəlmanların istifadəsinə veriləcək.

İnuvik şəhərində 4 min nəfər yaşayır. Onlardan 80 nəfəri müsəlmandır.

В этом разделе