Amerikada "Şiə" adlı peyk kanalı açılıb!

Höccətül-İslam Həsən Nəbəvi

"Yeni açılan kanal heçdə İslama xidmət etmir"

"Qum Dini Elimlər Mərkəzi"-nin nümayəndəsi Höccətül-İslam Həsən Nəbəvi, son zamanlarda fəaliyyətə başlayan "Şiə" adlı peyk kanalının, Amerikanın növbəti təxribat dolu sifarişi olduğunu açıqlayıb. Belə ki, Höccətül İslam Muhəmməd Həsən Nəbəvi, Amerikanın "Şiə TV Kanal" -ı açaraq, müsəlmanlar arasında təxribat yaratmaq fikrində olduğunu və bu plana qarşı müsəlmanların diqqətli olmalarını bildirib.

Höccətül İslam Nəbəvi, Əhli-beyt (ə) məzhəbinə qarşı baş vermiş bu iftira dolu təxribat planlarının hədəfinə çatmayacağı, elə müsəlmanların ayıqlığı sayəsində məhv olacağına ümid etdiyini bildirib. Bu işdə isə müsəlmanlara mütləq maariflənməyi nəsihət edən alim, İslam düşmənlərinin bu çirkin yollarla heçnəyi əldə edə bilməyəcəklərini daha sonra qeyd edib.

Xatırladaq ki, son zamanlarda Əhli-Beyt (ə) məzhəbi olan Şiə məzhəbinə qarşı bu cür böhtan və təxribat dolu hücumlar artmaqdadır.

Ekspertlərin fikrincə isə, bunun əsas səbəbi Avropa və eləcə də Amerikanın özündə bu məzhəbə gələnlərin sayında xeyli artımın olmasıdır.

В этом разделе