Amerika qəzeti Obamanı qətlə yetirməyə çağırdı

ABŞ-ın Pensilvani ştatında 11 min tirajla çap edilən “Varren Tayms Observer” (The Warren Times Observer) adlı qəzetdə Birləşmiş Ştatların prezidenti Barak Obamanı qətlə yetirməyə çağıran müraciət dərc edilib, - Lenta.ru xəbər verir.

Müraciətin tam mətni belədir: “Qoy Obama, Linkoln, Qarfild, Makkinli və Kennedinin ardıyca getsin”. Qəzet iş-işdən keçəndən sonra dərc edilmiş materiala görə üzrxahlıq bildirib. Redaksiyadan bildirilib ki, ola bilər, mətni qəbul edən qəzet əməkdaşı qətlə yetirilmiş Amerika prezidentləri arasında Obamanın da adının olmasına diqqət etməyib. Qəzet dərc edilmiş material barədə yerli polisə və prezidentin təhlükəsizliyini təmin edən ABŞ Gizli Xidmət orqanına xəbər verib. Müraciəti dərc edən insanın şəxsiyyəti müəyyən edilib, lakin hələlik onun adı açıqlanmayıb. Gizli Xidmət orqanından bildirilib ki, baş verən hadisəyə çox ciddi yanaşırlar. "Dəyərlər" AİN

В этом разделе