AMERİKA HƏRBİ YÜKLƏRİ ƏFQANISTANA RUSİYADAN DAŞINACAQ

ABŞ prezidenti Barak Obamanın Rusiya paytaxtı Moskvaya səfərinin ilk günündə - iyulun 6-da strateji hücum silahlarının ixtisarıyla bağlı çərçivə razılaşması da daxil olmaqla 8 sənəd imzalanıb.
Barak Obama və rusiyalı həmkarı Dmitri Medvedyev yaxın 7 ildə nüvə başlıqlarının sayını 1500-1675-ə, onların daşıyıcılarının isə 500-1100-ə qədər ixtisar etməyə razılaşıblar.

Liderlər Əfqanıstana daşınan Amerika hərbi yüklərinin Rusiya ərazisindən keçməsinə icazə verən razılaşmaya da qol çəkiblər. Rusiya Amerikadan göndərilən müəyyən miqdarda avadanlıqların daşınması üçün Vaşinqtondan tranzit haqqı istəməyəcək. Anlaşmaya görə, Rusiya hava məkanınıdan 4500 Amerika təyyarəsinin uçuşuna icazə verəcək.

Razılaşmalar və bəyanatlar arasında raket əleyhinə müdafiə sistemilə bağlı əməkdaşlıq barədə müqavilə də var.

Səfəri davam edən ABŞ lideri bu gün baş nazir Vladimir Putin, keçmiş SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov və müxalifət təmsilçiləri ilə görüşəcək.
mediaforum

В этом разделе