Amerika hərbçiləri Əfqanıstan prezidentinin yaxın qohumunu qətlə yetirib

Kərzainin əmisioğlu qətlə yetirilib

Amerika işğalçı hərbçiləri Əfqanıstanın Qəndahar əyalətində apardıqları hərbi əməliyyat zamanı Əfqanıstan prezidenti Həmid Kərzayinin əmisi oğlunu qətlə yetirib, - “Lenta” xəbər verir.

Həmid Kərzayinin kiçik qardaşı Əhməd valinin sözlərinə görə, dövlət başçısının əmisi oğlu Hacı Yar Muhəmməd Xan Kərzayi amerikalı işğalçılar tərəfindən öldürülüb.
Verilən məlumata görə, ABŞ hərbçiləri Kərzayinin doğma kəndi olan Karza kəndində əməliyyat aparıb. Evlərə hücum edən işğalçılar bu evlərdən birində Həmid Kərzayinin yaxın qohumlarının da evinə hücum edib.
Hadisəni təsdiqləyən Qəndahar əyalət hakimiyyəti bildirib ki, bununla əlaqədar olaraq istintaq başlanılıb. /deyerler/

В этом разделе