Almaniyada müsəlmanlar ayağa qalxıb

İslam-Azeri.az internet qəzetinin Türkiyə KİV-lərinə istinadlı xəbərinə görə Almaniyada bir hicablı qadın qətlə yetirilib.
Verilən məlumata görə bir alman vandalın hicablı qadına "terrorçu" dediyinə görə qadın onu məhkəməyə verib.

Məhkəmə zalında isə vandal polislərin əlindən qaçaraq Misir əsilli qadına 17 bıçaq zərbəsi vurub.


3 yaşlı uşağının gözü önündə bıçaqlanan qadın yaraların şiddətindən elə məhkəmə zalındaca dünyasını dəyişib.


Bu olaydan sonra müsəlman təşkilatlar ayağa qalxıb.


Onlar aksiyalar keçirərək hökümətdən İslama qarşı dözümsüzlük ideologiyasının yayılmasına qadağalar gətirməyi tələb ediblər.


İslam-Azeri.az


В этом разделе