Ağ evin mətbuat katibi jurnalisti brifinqdən qovub

Buna səbəb jurnalistin brifinq zamanı mobil telefonla danışması olub

Jurnalistlər Ağ evin mətbuat katibi Robert Gibbsi qəzəbləndiriblər. Planlaşdırılmış brifinqə başlamazdan əvvəl Gibbs, jurnalistlərdən öz mobil telefonlarını söndürməyi və ya səssiz rejimə qoymağı xahiş edib. Təəssüf ki, heç kəs ona qulaq asmayıb və buna görə də Gibbs bir neçə dəfə çıxışını yarımçıq kəsməli olub. Nəticədə mətbuat katibi problemi qəti sürətdə həll etməyi qərara alıb. 

O, telefonla danışan jurnalistin mobil telefonunu əlindən alaraq çölə atıb. Amma bu da ona kömək etməyib. “Vesti”nin məlmatına görə, bir neçə dəqiqədən sonra Gibbslə üzbəüz oturan digər jurnalist telefonunu götürüb və danışmağa başlayıb. Jurnalist nə danışığını yarımçıq kəsmək, nə də telefonu vermək istəməyib. Mətbuat katibi jurnalisti məkandan qovmağa məcbur olub. Bundan sonra brifinq davam edib. /ANSPRESS/


В этом разделе