Ağ evin hicablı xanımı ilk müsahibəsini verib

"Ən çox sevindiyim şey isə məni "Daliə Moqahed" kimi yox, Ağ evdəki hicablı xanım kimi tanımalarıdır"

Amerika prezidenti Barak Obamanın Ağ evdəki müsəlman müşaviri ilk müsahibəsini Türkiyənin "Aksiyon" jurnalına verib. Jurnalın müxbiri ilə söhbət zamanı Daliə Moqahed uşaqlığından bu günə qədər həyatındakı önəmli məqamlardan danışıb.

Misirli bir ailədə anadan olan balaca Daliyə beş yaşında olarkən valideynləri ilə birlikdə Amerikaya gəlib və Medison şəhərində yaşıyıb.

Kimya mühəndisliyi ixtisasına yiyələnən Daliə universiteti qurtaran ili məşhur "Prokter ənd Gembl" şirkəti tərəfinədən iş təklifi qəbul edir. Və orada işləməyə başlayır. Bir müddət sonra isə Daliə xanım ixtisasını idarəetmə istiqamətində dəyişmək qərarına gəlir. Və Pitsburq universitetinin Ticarət və Strategiya fakultəsinə daxil olur. Diplomunu alan kimi "Qellap" araşdırmalar mərkəzində bir layihəyə rəhbərlik etmək təklifi alır.

Jurnalistin ona "Obamaanın müşaviri olacağınızı necə öyrəndiniz?" sualına isə Daliə belə cavab verib.

"Bir-iki həftə əvvəl Ağ evin Dini müşavirlər komitəsinin rəhbəri Coş Dübua zəng edərək Obamanın məni müşaviri görəmək istədiyini bildirdi. Mən qəbul etdikdə isə qərarımı Obamaya bildirəcəyini söylədi".

Hal-hazırdakı vəzifəsinin müsəlmanlar qarşısında götürülmüş böyük öhdəlik olduğunu deyən Daliə işini layiqincə görmək üçün Allaha dua etdiyini söyləyib.
"Ən çox sevindiyim şey isə məni "Daliə Moqahed" kimi yox, Ağ evdəki hicablı xanım kimi tanımalarıdır. Çünki əksər müsəlman ölkəsində təəssüflər olsun ki, hicab problemi var. İnsanlar hicab geyindiklərinə görə dərsə və ya işə gedə bilmirlər. Bəzi müsəlman ölkələrində belə hadisələrin yaşandığı bir vaxta Ağ evdə hicablı bir xanımın olması Amerika toplumu üçün müsbət sayılır. "Dəyərlər"


В этом разделе