İsrail və ABŞ yanvar-fevral aylarında keçirilməsi nəzərdə tutulmuş "Sərt çağırış-12" adlı raket əleyhinə birgə təlimləri təxirə salıblar
Milli.Az Reuters-ə istinadən bildirir ki, ABŞ-ın Avropa Komandanlığı  "bütün hərbi birləşmələrin birgə fəaliyyəti ilə bağlı ən yaxşı variant  bu il bir qədər gec əldə oluna bilər".
Lakin ekspertlərin  fikrincə, təlimlərin təxirə salınmasının başlıca səbəbi ABŞ və İsrailin  İranın nüvə obyektlərinə hücum edəcəkləri ilə bağlı dünya mediasında yer  alan xəbərlərdən sonra Vaşinqtonla Təl-Əvivin təlimlər keçirərək  bölgədəki vəziyyəti daha da gərginləşdirmək istəməməsidir.
İsrailin  Müdafiə Nazirliyi bir qədər əvvəl bəyan etmişdi ki, raket əleyhinə  birgə təlimlər İsrail ərazilərinin İran və ya yəhudilərə düşmən olan  başqa bölgə dövlətlərinin raket hücumlarının qarşısının alınmasında  birgə fəaliyyət səviyyəsinin artırılması ilə bağlıdır.
"Sərt çağırış" təlimlərini ABŞ indiyədək Almaniyada keçirirdi.














