ABŞ taliblərlə danışıqlara başlayıb

ABŞ bir sıra digər dövlətlərlə birlikdə Əfqanıstandakı vəziyyətin sabitləşdirilməsi məqsədi ilə «Taliban» hərəkatının nümayəndələri ilə danışıqlara başlayıb.

APA-nın «Reuters» agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan prezident Həmid Kərzai məlumat verib.

Qeyd edək Ki, danışıqların aparılması ilə bağlı artıq bir neçə aydır Ki qeyri-rəsmi məlumatlar yayılır, lakin prezidentin bu bəyanatı həmin məlumatların ilk rəsmi təsdiqidir. ABŞ-ın bu ölkədəki səfirliyi isə məlumatı şərh etməkdən boyun qaçırır.

Xatırladaq ki, ABŞ Dövlət Katibi Hillari Klinton bir qədər öncə bəyan edib ki, əgər «Taliban» hərəkatı «Əl-Qaidə» ilə əlaqələri kəsib, silahları yerə qoyarsa, təşkilatın üzvlərinin Əfqanıstan cəmiyyətinə qayıtması haqqında danışıqların aparılması mümkündür.

В этом разделе