ABŞ prezidenti Türkiyə müxalifətinin liderləri ilə təkbətək görüşməyi qəbul edib

Bu barədə Türkiyə parlamentinin sədri Köksal Toptan məlumat verib ABŞ prezidenti Barak Obama Türkiyəyə səfəri çərçivəsində müxalifət partiyalarının liderləri ilə ayrı-ayrı görüşəcək. ANS PRESS-in CNN Türkə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Köksal Toptan məlumat verib. 
Xatırladaq ki, Barak Obama TBMM-də çıxışından əvvəl Cumhuriyyət Xalq Partiyası (CHP,',0), Millətçi Hərəkat Partiyası (MHP) və Demokratik Toplum Partiyasının (DTP) liderləri ilə birlikdə görüşmək istəmişdi. MHP sədri Dövlət Baxçalı isə Obama ilə təkbətək görüşmək istədiyini bildirərək, bu təklifi rədd etmişdi. /ANS PRESS/

В этом разделе