ABŞ Pakistanın Əfqanıstanla sərhəd məntəqələrinə hava zərbələrini davam etdirəcək

Amerika Birləşmiş Ştatları həmin ərazidə Taliban və Əl-Qaidə silahlılarının sığındığını əsas gətirir Amerika Birləşmiş Ştatlarının (ABŞ) pilotsuz təyyarələri Taliban və Əl-Qaidə silahlılarının sığındığı Pakistanın Əfqanıstanla sərhəd məntəqələrinə hava zərbələrini davam etdirəcək. Bu bəyanatla pakistanda səfərdə olan ABŞ mərkəzi kəşfiyyat idarəsinin yeni direktoru Leon Panetta Pakistana səfəri çərçivəsində çıxış edib. Ötən gündən etibarən Pakistana ilk səfərini başlayan Leon Panetta Pakistanın baş naziri Yusif Rza Gilani və dövlət başçısı Asif Əli Zərdari ilə görüşüb. 
Müzakirələrdə Leon Panetta Pakistan təhlükəsizlik qüvvələrinə təlimlərin keçirilməsinə və bu ölkəyə daha çox iqtisadi yardım etməyə hazır olduqlarını söyləyib. Pakistan baş naziri Yusif Rza Gilani isə əsasən ölkəsinin Kəşmir probleminə toxunaraq artıq 60 yaşı olan münaqişəninin qonşu Hindistanla həll edilməsinin vacib olduğunu söyləyib. Onun sözlərinə görə, bundan sonra rəsmi İslamabad bütün diqqətini ekstremizm və terrorla mübarizəyə cəlb edə bilər. /ANS TV/


В этом разделе