ABŞ Pakistan Kəşfiyyatına ağır ittiham irəli sürdü

Pakistanın Bin Ladenin yerindən xəbərdar olduğu iddia edilir

ABŞ hakimiyyəti Pakistan hakimiyyətindən milli kəşfiyyat idarəsinin bəzi əməkdaşlarının şəxsi məlumatlarını verməyi tələb edib. ABŞ hakimiyyəti Pakistan kəşfiyyatını Usama bin Laden ilə əlaqədə olmaqda ittiham edir, - "Deyerler"  “MigNyus”a istinadən xəbər verir.

Amerika diplomatlarının ittihamlarından sonra Ağ Ev rəhbərliyi də Pakistan hakimiyyətinə qarşı rəsmi ittiham irəli sürmək barədə müzakirələrə başlayıb. Onlar iddia edirlər ki, guya Pakistan Kəşfiyyat xidmətinin öncədən bin Ladeinn yeri barədə məlumatı olsa da, bu barədə məlumat verməyiblər.

В этом разделе