ABŞ İsraili tezliklə Türkiyədən üzr istəməyə çağırıb

ABŞ Dövlət Departamenti Türkiyə ilə münasibətlərdəki böhranı aradan qaldırmaq məqsədilə İsrail tərəfini tezliklə üzr istəməyə çağırıb

SalamNews-un NEWSru.co.il.-ə istinadən verdiyi xəbərə görə, ABŞ Mavi Marmara gəmisi saxlanılarkən 9 Türkiyə vətəndaşının öldürülməsindən sonra münasibətlərin gərginliyinin davam etməsinin Vaşinqtonun Yaxın Şərqdəki maraqlarına birbaşa ziyan vurduğunu İsrail tərəfinə çatdırıb.

Bu barədə Dövlət Katibi Hillari Klinton bəyanat yayıb. ''Ediot Ahronot'' nəşrinin yazdığına görə, ABŞ Suriya ilə münasibətlərdə Türkiyənin dəstəyini almağa çalışır. Bu məqsədlə İsrailin Rəcəb Tayyib Ərdoğan hökümətindən üzr istəməsi üçün bu ölkəyə təzyiqini artırır. Bəzi mənbələr hətta ABŞ-ın bu mövzuda İsraili təhdid etdiyini də yazır.

Bildirək ki, İsrail höküməti üzr istəmək mövzusunda yekun qərara gəlməyib. Yəhudi höküməti kompromis variantlardan istifadə etməyə çalışır. Hətta ölənlərə görə Türkiyəyə ikiqat təzminat da ödəməyi təklif edir.

В этом разделе