ABŞ-ın vitse-prezidenti Bayden dövlət sirrini ağzından qaçırıb

ABŞ rəhbərlərinin gizli bunkeri vitse-prezident Cozef Baydenin rezidensiyasının altında yerləşir. Gizli bunkerin yerini “Qridiron” jurnalistlər klubunda nahar zamanı vitse-prezident özü ağzından qaçırıb.

“Newsweek” jurnalının redaktorunun köməkçisi bildirib ki, əsl jurnalist kimi əldə etdiyi bu informasiyanı yazmaya bilməz. Nahar zamanı Cozef Bayden bildirib ki, vitse-prezidentlərin rezidensiyası ilə tanışlıq zamanı gizli sığınacağın yerini ona göstəriblər. Təhlükə anında vitse-prezident məhz bu sığınacaqda gizlənəcək, lakin artıq onun sığınacağının yeri dövlət sirri sayılmır. Cozef Bayden 11 sentyabr hadisələri zamanı sabiq vitse-prezident Dik Çeyninin də həmin bunkerdə gizləndiyini bildirib. Qeyd edək ki, 1974-cü ildən etibarən Vaşinqtonun mərkəzindəki Hərbi-Dəniz Rəsədxanası vitse-prezidentlərin rezidensiyası kimi istifadə olunur. apa.az

В этом разделе