ABŞ-ın müdafiə naziri əsgərlərin İraqdan çıxarılmasının tezləşdirməsinə dair söz verib

Beş min amerikalı hərbçi İraqı parlament seçkilərinə kimi tərk edə bilər.


“Ölkədə stabilliyin qorunması və təhlükəsizliyin təmin edilməsində inkişaf etidiriləcəyi təqdirdə amerika əsgərlərinin İraqdan çıxarılması prosesi tezləşdirilə bilər” – deyə ABŞ-ın müdafiə naziri Robert Qeyts Bağdaddan qayıdarkən təyyarədə jurnalistlərə müsahibə verərkən bəyan etmişdir.

“Mənim fikrimcə tezləşdirməyə dair kifayət qədər imkan var” – deyə Qeyts qeyd etmişdir.

Söhbət hal hazırda beş min amerikalı əsgərdən gedir. Bunlar 2010-cu ilin yanvar ayında İraqda kemiriləcək parlament seçkilərinə qədər ölkəni tərk edə bilərlər. Qeytsin sözlərinə görə çıxarılma prosesinin gecikdirilməsi üçün “heç bir əlamət yoxdur”. Onun sözünə qüvvət olaraq Ağ evin mətbuat katibi Robert Qibbs vurğulamışdır: “Biz vəziyyətin yaxşılaşması ilə bağlı əlbətdə ki, razıyıq və bununla əlaqədar ordunun çıxarılmasının tezləşdirilməsi labüd olur”. "Dəyərlər" AİN


В этом разделе