ABŞ-ın zabitlər hazırlayan hərbi məktəblərində müsəlman tələbələrə hərbi fomra ilə hicab geyinməyə, siqh tələbələrə isə əmmamə qoymağa icazə veriləcək
SalamNews MehrNews-a istinadən xəbər verir ki, Amerikanın müdafiə nazirliyinin qərarı barədə İslam əlaqələri üzrə ABŞ Şurasının mətbuat xidmətindən bildirilib.
Xəbər verilir ki, Şura Amerika komandalığının bu təşəbbüsünü müsbət qarşılayıb və hicab geyinən müsəlman qadınların hərbi məktəblərdə təhsil almasına imkan yaradıldığına görə məmnunluğunu bildirib.
Bu qərar qəbul edildikdən sonra hərbi məktəbdən xaric edilən hicablı müsəlman qadın yenidən məktəbin tələbələri sırasına qaytarılıb.